"Şuşadakı məscidlərin bəzisi muzey kimi fəaliyyət göstərəcək" – RƏSMİ 

Hazırda oxunan: "Şuşadakı məscidlərin bəzisi muzey kimi fəaliyyət göstərəcək" – RƏSMİ 

105653

“Şuşada bərpa edilən məscidlərin içində ola bilər ki, bəzisi muzey kimi fəaliyyət göstərsin”.

Bizim.Media xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu, Şuşaya ayrıca gözəllik qatacaq:

"Əsasən, bu məscidlər aidiyyəti üzrə fəaliyyət göstərəcək. Lakin elə məscidlər ola bilər ki, muzey kimi istifadə edilsin. Bu isə özlüyündə Şuşanın simasına əlavə bir gözəllik qatacaq".

S.Salahlı dağıdılmış məscidlərin bərpa ediləcəyini deyib:

"Biz çalışacağıq ki, Qarabağda və Şuşadakı bütün məscidləri bərpa edək. Məsələ burasındadır ki, ermənilər dünya ictimaiyyətinin qınağından qorxaraq Gövhər Ağa məscidini, Ağdam məscidini və bu kimi bəzi məscidlərimizi dağıda bilmədilər, yer üzündən silə bilmədilər. Amma elə məscidlər də var ki, onları darmadağın ediblər. Təməlinə qədər söküblər, daşlarını aparıblar. Biz bu məscidləri də bərpa edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO