Qaxda bəstəkar-şairin yaradıcılıq gecəsi keçirilib – FOTO

Qaxda bəstəkar-şairin yaradıcılıq gecəsi keçirilib – FOTO

Hazırda oxunan: Qaxda bəstəkar-şairin yaradıcılıq gecəsi keçirilib – FOTO

105168

Səməd Vurğun adına Qax rayon mədəniyyət mərkəzində bəstəkar-şair Xuraman Camalın yaradıcılıq və hesabat konserti keçirilib. 

Bizm.Media-nın yerli bürosu məlumat verir ki, Xuraman Camal rayonun Ləkit kəndində yaşayıb-yaratsa da bəstələrini ölkəmizin müxtəlif sənət adamları vaxtaşırı səsləndirirlər.

Gecədə Şəki Regional Mədəniyyət Mərkəzinin baş məsləhətçisi Ülkər Mahmudova, Qax rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova, şəhər 4 nömrəli məktəbin direktoru Mədinə Heydərova çıxış edərək Xuraman Camalın həyat və yaradıcılığından, vətənpərvərlik ruhunda qələmə alaraq bəstələdiyi mahnılardan söz açıblar.
Vurğulanıb ki, Xuraman Camal musiqi sənətinin inkişafına töhfə verir, xüsusən yaşadığı bölgənin folklorunu toplayır, yaşadır və inkişaf etdirir.

Eyni zamanda “Ceyranım” folklor qrupuna rəhbərlik etməklə bir sıra müsabiqə və festivallara qatılır.

Yaradıcılıq gesəcinə qatılanlardan biri, şair Nadir Ziyadlı Bizm.Media-ya bildirib ki, Xuraman Camal onun da yaradıcılığına bir neçə dəfə müraciət edib, şerlərinə mahnılar bəstələyib.

Tədbir müddətində Xuraman Camal vətənpərvərlik mövzusunda qələmə alıb bəstələdiyi mahnlarını özü ifa edib. Bu ifalar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO