Fikrət Əmirovun 100 illik yubileyi Gəncədə qeyd olundu - FOTO 

Fikrət Əmirovun 100 illik yubileyi Gəncədə qeyd olundu - FOTO 

Hazırda oxunan: Fikrət Əmirovun 100 illik yubileyi Gəncədə qeyd olundu - FOTO 

105153

Gəncədə Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı keçirilib.

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.
Xalq artisti Rauf Abdullayevin və Mustafa Mehmandarovun dirijorluğu ilə keçirilən konsertdə Xalq artistləri Fərhad Bədəlbəyli, Azər Zeynalov, Teyyub Aslanov, solist Safura Aslanova çıxış ediblər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO