Bu şəhər “Türk Dünyasının Mədəniyyət Paytaxtı” SEÇİLDİ 

Bu şəhər “Türk Dünyasının Mədəniyyət Paytaxtı” SEÇİLDİ 

Hazırda oxunan: Bu şəhər “Türk Dünyasının Mədəniyyət Paytaxtı” SEÇİLDİ 

103017

Noyabrın 5-də 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyəti Paytaxtı” olan Bursa şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

İclasda TÜRKSOY ölkələrinin mədəniyyət nazirləri və mədəniyyət üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, eləcə də Türk dünyası beynəlxalq təşkilatlarının rəhbərləri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

TÜRKSOY-un növbəti iclası gələn il Şuşada keçiriləcək - FOTO


​​​​​​​İclasda mədəniyyət nazirlərinin yekdil qərarı ilə Türkmənistanın Anev şəhəri 2024-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.

Həmçinin 2023-cü il üçün tanınmış qazax bəstəkarı Temirbek Jürgenov, Qırğızıstanın Xalq artisti Baken Kıdıkeyeva, Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoy, Türk dünyasını böyük alim və mütəfəkkiri Əbu Reyhan əl-Biruni, Şimali Kipr Türk Cümhuriyyətinin tanınmış rəssamı İsmet Vehit Güneyin xatirə ili elan edilib.

Toplantıda eyni zamanda 2024-cü ilin Türk dünyasında türkmən şairi və mütəfəkkirinin xatirəsinə “Məhdimqulu Fəraqi İli” elan olunması razılaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO