Şuşada beynəlxalq “Dədə Qorqud” film festivalı keçiriləcək

Şuşada beynəlxalq “Dədə Qorqud” film festivalı keçiriləcək

Hazırda oxunan: Şuşada beynəlxalq “Dədə Qorqud” film festivalı keçiriləcək

101367

Bu il ikinci dəfə keçiriləcək "Qorkut Ata Türk Dünyası Film Festivalı" (Dədə Qorqud) 1-5 noyabr tarixləri arasında Bursada baş tutacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Türkiyənin “yenisafak.com” saytında yer alıb.

Mənbə yazır ki, Bursa Böyükşəhər Bələdiyyəsi başda olmaqla bir çox fərqli qurum və təşkilatın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin himayəsi altında təşkil edilən festival türk respublikalarından və toplumlarından çoxlu peşəkar kino xadimlərini və mədəniyyət adamlarını bir araya gətirəcək.

Proqramlarda Azərbaycandan 22, Özbəkistandan 43, Qırğızıstandan 23, Qazaxıstandan 21, Türkmənistandan 5 və muxtar respublikalardan 17 kino mütəxəssisi iştirak edəcək.

Festivalda türk kino sənayesinin tanınmış prodüserləri, rejissorları, ssenaristləri və aktyorlarından ibarət 200-ə yaxın şəxs iştirak edəcək.

3-cü festivalın isə Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO