Oktyabrın 25-də Heydər Əliyev Sarayında Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Bizim.Media-nın məlumatına görə, tam anşlaqla keçən konsertdə Mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri, dövlət və hökumət nümayəndələri iştirak edib.
Konsertdə Azərbaycan müğənniləri ilə yanaşı xarici ölkədən olan incəsənət nümayəndələri də çıxış edib.
Qeyd edək ki, Mədəniyyət naziri Anar Kərimov konserti giriş sözü ilə açıq elan edib. Konsert müğənnilərin ifası ilə davam edib.
Bizim.Media