Müasir Azərbaycan bəstəkarı Elmir Mirzəyevin müəllif konserti keçirilib

Müasir Azərbaycan bəstəkarı Elmir Mirzəyevin müəllif konserti keçirilib

Hazırda oxunan: Müasir Azərbaycan bəstəkarı Elmir Mirzəyevin müəllif konserti keçirilib

100395

Müasir Azərbaycan bəstəkarı, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin müəllif konserti keçirilib. 

Bizim.Media xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində baş tutub. 

Konsertdə Mədəniyyət Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib. 

Qeyd edək ki, bəstəkar Elmir Mirzəyev bir çox müasir musiqi layihələrinin təşkilatçısı, eyni zamanda SoNoR müasir musiqi ansamblının yaradıcısı və bədii rəhbəridir.

Bəstəkarın 1994-2009-cu illərdə Almaniya, Fransa, Hollandiya, Belçika, İtaliya, İsveçrə, İsveç, Çexiya, Polşa, Bоlqarıstan, Türkiyə, Estoniya, Rusiya, Ukraynа, Moldova, Gürcüсtаn, Özbəkistan, İndoneziya, Monqolustan, Yaponiya, ABŞ və Meksikada keçirilən müxtəlif beynəlxalq festivalların (habelə beynəlxalq görüşlər, konfranslar, simpoziumlar və s.) iştirakçısı olmuş və əsərləri ifa edilib. (Report) 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO