Vakant çoban yeri- aylıq maaş 2500 dollar

Vakant çoban yeri- aylıq maaş 2500 dollar

Hazırda oxunan: Vakant çoban yeri- aylıq maaş 2500 dollar

85469
Türkiyənin Muş vilayətində kənd sakinləri mal-qarasını otarmaq üçün çoban tapa bilməməkdən şikayətçidir. 

"Aylıq 2500 dollar təklif edirik, ancaq namizədlər bununla razılaşmır. Üstəlik onlara hər ay əlavə olaraq 60 kilo pendir, 50 kilo yun, geyim-kecim, gündəlik 2 paçka siqaret və 3 dəfə yemək verməyə razıyıq. Ancaq yaxın duran yoxdur", deyə kənd sakini bildirir. 

Çobanlar bu qədər yüksək məbləğə nə üçün razılaşmadıqlarını can siğortasının olmaması ilə əlaqələndiriblər. Onlar otlaqların çox yüksək zonada yerləşdiyini, üstəlik havasının çox soyuq olduğunu deyiblər. 

Kənd sakinləri çoban tapa bilmədikləri üçün mal-qaranı növbəli şəkildə özləri otarırlar.(sputnik)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO