Çiyələyin dişə faydaları

Çiyələyin dişə faydaları

Hazırda oxunan: Çiyələyin dişə faydaları

76858
Yay fəslinin ən sevilən meyvələrindən biri çiyələkdir. Mütəxəssislər bu dadlı və faydalı meyvənin diş sağlamlığı üçün əhəmiyyətli maddələr ehtiva etdiyini bildirirlər.
 
Dişlərinizin sağlam olması üçün mövsümündə bol-bol çiyələk yeyin.
 
Diş və diş ətinin sağlamlığı üçün ümumilikdə  rəngli meyvələrin hamısını həftəlik qida menyusuna daxil etmək lazımdır. Ancaq bu meyvələrdən ən çox çiyələk dişlərə fayda verir.
 
Çiyələk dişləri möhkəmləndirir, çürüklərin qarşısını alır.
 
Bu meyvə gün ərzində dişlərə zərər verən qida qalıqları və siqaret kimi faktorların zərərini azaldır.
 
Çiyələyin tərkibindəki turşular dişləri təmizləyir. Bu da kariyes kimi diş problemləriylə üzləşməmək üçün vacibdir.
 
Onun tərkibindəki C vitamini də dişlər üçün çox əhəmiyyətlidir.
 
Dişlərinizin daha ağ və sağlam görünməsi üçün mütəmadi olaraq çiyələk yeməklə kifayətlənməyin. Daha yaxşı nəticə üçün püre halına salınmış çiyələklə dişlərinizi sürtün. (publika.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO