Dünyada nəsli kəsilməkdə olan canlıların sayı getdikcə artmaqdadır. Tək bitkilər deyil, bir çox heyvanlar da bu təhlükə ilə üz-üzədir.
Bəzi heyvanların nəslinin tükənməsinə səbəb təkcə iqlim dəyişikliyi, qlobal istiləşmə deyil. Müasir dövrdə qanunsuz ovçuluq da heyvanların Yer kürəsində sayının azalmasına böyük təsir göstərir. Ən acınacaqlısı isə odur ki, insanların böyük əksəriyyəti bunu sırf əyləncə, bəzən isə maddi qazanc üçün edirlər. Mütəxəssislər bununla bağlı artıq həyəcan təbili çalırlar. Onlar qanunsuz ovçuluğun qarşısı alınmazsa, heyvan növlərinin 30 faizinin yox olacağını iddia edirlər.
ANS PRESS-in məlumatına görə, nəsli tükənməkdə olan heyvanlardan birincisi ağ kərgədandır. Dünyada cəmi 4 ağ gərgədan qalıb. Buna görə də həmin heyvanlar silahlı mühafizəçilərlə yaşayır. Onların 2-si Keniyada vəhşi təbiətin qorunduğu parkda yaşayır və silahlı mühafizəçilər tərəfindən 24 saat qorunurlar.
4,5 metr uzunluğunda olan kərgədanların nəslinin kəsilməsinə səbəb həddən artıq çox ovlanmalarıdır.





































































































