Moderator.az-ın məlumatına görə, Rusiyanın paytaxtı Moskvada inşa edilən "Mercury City" adlı bina Avropanın ən hündür binasıdır. Bu binanın hündürlüyü nə az, nə çox düz 339 metrdir.
İkinci ən hündür bina isə İngiltərədə, daha dəqiq Londondadır. Uzunluğu 306 metr olan bina "The Shard" adlanır. Moskvada inşa edilən "Capital City" adlı bina 302 metr hündürlüyü ilə siyahıda üçüncü sıradadır.
Digər göydələnlər isə bunlardır:
"Naberezhnaya Tower / Moskva: 262 metr
"Triumph Palace" / Moskva: 264 metr
"Sapphire Tower" / İstanbul: 261 metr
"Commerzbank Tower" / Frankfurt: 259 metr
"MesseTurm" / Frankfurt: 256 metr
"Torre Caja" / Madrid: 250 metr
"DC Tower" / Vyana: 250 metr
Qeyd edək ki, Avropada ən çox göydələn Türkiyədədir. Qonşu ölkədə düz 141 bina var. Türkiyədən sonra ən çox hündürmərtəbəli bina Rusiyadadır. RF 116, Almaniyada isə 68 göydələnlə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürürlər.










































































































