Stalinin Kremldəki kabinetinin altında gizli keçid tapıldı -   FOTO

Stalinin Kremldəki kabinetinin altında gizli keçid tapıldı - FOTO

Hazırda oxunan: Stalinin Kremldəki kabinetinin altında gizli keçid tapıldı - FOTO

33708

 Uzunluğu 9 metrə çatan gizli keçidin şəkli ilk dəfə internetdə yerləşdirilib.

Yaxın günlərdə Rusiyanın paytaxtı Moskvada "Kreml Senatı" adlı unikal kitabın təqdimat mərasimi keçiriləcək. Sergey Devyatov və Yelena Juravleva tərəfindən qələmə alınan və Federal Təhlükəsizlik Xidmətinin generalı Yevqeni Murovun redaktorluğu ilə hazırlanan 300 səhifədən ibarət kitabda Kremlin I korpusu sayılan Senatın köhnə binası haqqında tarixi materiallar əsasında indiyədək gizli qalan məqamlar işıqlandırılıb. Kreml haqqında ətraflı məlumatın yer aldığı kitabda nəzəri cəlb edən xüsuslardan biri isə Senatda, SSRİ-nin keçmiş rəhbərlərindən İosif Stalinin kabinetinin altında gizli keçidin olmasıdır. Uzunluğu 9 metrə çatan tunelin 1992-ci ildə Kremldə aparılan yenidənqurma işləri zamanı aşkar edildiyi kitabda qeyd olunub. Gizli keçidlə bağlı maraqlı məqamlardan biri isə onun Kremlin arxitekturası ilə bağlı sənədlərdə əks olunmamasıdır. Gizli tunelin fotoşəkli isə ilk dəfədir ki, ictimaiyyətə açıqlanır

Stalinin Kremldəki kabinetinin altında gizli keçid tapıldı -  <i style= FOTO" src="//old.moderator.az/fotobaza/original/522.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO