Hamiləlikdə yeyilən sərt qabıqlı çərəzlər uşaqların zəkasını artırır - MARAQLI ARAŞDIRMA

Hamiləlikdə yeyilən sərt qabıqlı çərəzlər uşaqların zəkasını artırır - MARAQLI ARAŞDIRMA

Hazırda oxunan: Hamiləlikdə yeyilən sərt qabıqlı çərəzlər uşaqların zəkasını artırır - MARAQLI ARAŞDIRMA

270235
İspaniyada həyata keçirilən yeni bir araşdırmaya görə, hamiləlikdə yeyilən sərt qabıqlı çərəzlər uşaqların zəkasına uzun müddət müsbət təsir göstərir. Barselona Qlobal Səhiyyə institutunda aparılan tədqiqatda hamiləliyin ilk 3 ayında sərt qabıqlı çərəz yeyən anaların uşaqlarının daha diqqətli və yaddaş baxımından daha güclü olduğu görülüb.xa0

Moderator.az xəbər verir ki, tədqiqatda İspaniyada 2200 hamilə qadın və uşaqları doğulduqdan sonra 18 aylıq, 5 və 8 yaşlarında nəzarətdə saxlanılıb.
xa0
Araşdırmanı həyata keçirən mütəxəssislər bunun uşağın beyin inkişafı üçün hamiləlikdə qabıqlı çərəz yeməyin faydaları mövzusunda keçirilən ilk iş olduğunu vurğulayaraq "Hamiləlik müddətində beyin bir sıra mürəkkəb prosesdən keçir. Ananın qidalanması uşağın beyin inkişafında mühüm amildir və uzunmüddətli təsirləri olur. Araştırmada ələ aldığımız sərt qabıqlı çərəzlər olan qoz, badam, fındıq və fıstığın faydasının tərkiblərində olan yüksək miqdarda fol turşusu, omega-3 və omega-6 kimi yağ turşuları ehtiva etməsindən irəli gəldiyini öyrəndik. Bu maddələr beyin toxumalarında, xüsusilə beynin ön hissəsində toplanır. Bu hissə yaddaş və məntiqxa0 funksiyalarına cavabdehdir" deyiblər.
xa0
Tədqiqatda sözügedən faydanın hamiləliyin ilk 3 ayında həftədə 3 dəfə 30 qrama yaxın sərt qabıqlı çərəz yeyən anaların uşaqlarında müəyyən edildiyi bildirilib.

Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO