(görkəmli alimimiz Rafiq Əliyevlə elmi mövzuda söhbət)
I hıssə
Ölkəmizin fəxri olan, olduqca mötəbər elmi məclislərdə, elmi mərkəzlərdə xalqımızın nüfuzunu hər zaman yüksəldən, elm aləmində bir Azərbaycan zirvəsi yaradan görkəmli alimimiz Rafiq Əliyevlə hərdən söhbət etmək imkanı yaranır. Mən bu imkanın hər anında onun elmi mülahizələrini eşitməyə çalışıram. Onun hər cümləsində müasir elmin nəfəsi, ab-havası duyulmaqdadır. Bu günlərdə yenə belə bir söhbətimiz oldu. Bu söhbət o qədər maraqlı oldu ki, mən onu başqaları ilə də bölüşmək istədim. Həm də bu söhbəti bir jurnalist mövqeyindən yox, elmi mövqedən oxuculara catdırmaq ehtiyacı duydum. Ola bilsin ki, belə bir söhbət elm aləminə təzə gələn gənclərimiz üçün də çox faydalı oldu.xa0
Bu gün Rafiq müəllimin 77 yaşı tamam olur. Əgər arxasında böyük sirrlər gizlənmiş 7-lik sistemi ilə götürsək bu gün onun yubileyidir. Söhbətimizin bu gün təqdim etdiyim hissəsi qoy həm də bir yubiley yazısı olsun.
Uzun əsrlər boyu əsasən rasional məntiqlə araşdırmalar aparan dünyəvi elmlər, nəhayət ki, XX əsrin ikinci yarısından etiraf etməyə başladılar ki, rasional olmayan amilləri də nəzərə almadan mükəmməl elmi araşdırmalar aparmaq mümkün deyil. Amma, bu da hər kəsə aydın idi ki, dünyəvi elmlərin o rasional olmayan amilləri nəzərə almağa hələ güçü catmır. Elm adamlarına o da məlum idi ki, rasional olmayan amilləri nəzərə ala bilmək üçünxa0 elmin müasir paradiqmasında mühüm dəyişikliklər baş verməlidir. Bu paradiqmada o zaman ciddi dəyişkliklər isə o zaman mümkün ola bilərdi ki, riyaziyyat elmində ciddi, məqsədyönlü dəyişikliklər baş versin. Belə bir dəyişiklikliyin baş verməsi isəxa0 elmdə inqilab hadisəsi idi. Belə bir inqilabı başlamaq xoşbəxtliyi ötən əsrin 60-cı illərində azərbaycanlı alim, dahi Lütvi Zadəyə nəsib oldu. Qeyri-səlis riyaziyyatın yaranması ilə kompüter sürətlə inkişaf etdi. Digər elm sahələrində tədqiqatların xarakteri dəyişməyə başladı. Ümumiyyətlə dünyəvi elm sahəsində çiddi bir canlanma baş verdi. Elm, insan həyatına daha çox müdaxilə etməyə başladı. Artıq robotlar haqqında olan fantaziyalar həqiqətə çevrilməyə başladı. Elmin ön cəbhəsi yarandı. Azərbaycan xalqının fəxridir ki, L. Zadə qüdrətindən güc alan bu ön cəbhənin ən görkəmli nümayəndələrindən biri olan professor Rafiq Əliyev də bizim xalqın nümayəndəsidir və bizimlə birlikdə Bakıda yaşayır. Rafiq müəllimi sevən, onunla dostluq edən, onun biliklərindən faydalanan hər bir kəs bu böyük və təvazökar, davranışı ilə də nümunəvi bir ziyalımızla fəxr edir.
***********
- Hər şeydən əvvəl, Rafiq müəllim, keyfiniz necədir, səhhətiniz necədir, yaradıcılıq fəaliyyətiniz nə yerdədir?
- Şükür ki, hər şey yaxşıdır, gördüyünüz kimi yenə iş başındayamxa0 və uzun illər boyu olduğu kimi, işim başımdan aşır və düz əməlli istirahət etməyə vaxtım yoxdur.
- Bir az məlumatım var. Xeyli beynəlxalq konfranslar keçirmisiniz, L. Zadə ilə birlikdə hazırladığınız kitab bu yaxınlarda nəşr olunub. Bu haqda danışarıq. Amma mənim üçün də, elmi ictimaiyyət üçün də yəqin maraqlıdır ki, Siz indi hansı elmi araşdırmalar üzərində işləyirsiniz? Bu araşdırmalar məşğul olduğunuz elm sahələrini haralara qədər inkişaf etdirib?xa0xa0
- İndi məşğul olduğum elmi araşdırmalar uzun müddətxa0 bu sahədə aparılan işlərın davamıdır.xa0 Onlar barədə qısa olaraq belə danışmaq olar:xa0 indiyə kimixa0 idarəetmə proselərində, qərar qəbul etmə, obrazların tanınması...xa0 yəni insan fəaliyyətinin müxtəlif sahələrindəxa0 aparılan tədqiqatladaxa0 belə qəbul edilirdi ki, ciddi metodlarla əldə olunmuş informasiyalar yüzdə-yüz doğru informasiyalardır.xa0 Bu informasiyalar müxtəlif şəkildə ola bilərdi. İstərxa0 deterministik, istər ehtimal şəklində, statistik formada olsun, ya qeyri səlis formada, belə qəbul edirdilər ki, bu informasiya yüzdə-yüz düzdü. Amma, diqqət yetirilmirdi, soruşulmurdu ki, həmin informasiyalara nə dərəcədə etibar etmək olar? Onunxa0 dürüstlük dərəcəsi nə qədərdir? Əməliyyatlar bu informasiyalar üzərində tam dürüstxa0 bir informasiya kimi aparılırdı.xa0 Amma, əslində bu informasiyaların dürüstlük dərəcəsinə diqqət verməyə də çox ehtiyac vardır. Çünki, yekun nəticənin dəqiqliyi,xa0 üzərində əməliyyat aparılan informasiyaların nə dərəcədə dəqiq olmasından çox asılıdır. Baxın, misal üçün, tutaq ki, bizə deyilir ki, eşikdə havanın tempaturu 11 dərəcədir. O zaman dərhal soruşmaq olar:- Siz buna nə dərəcədə əminsiniz? Yaxud, sizinxa0 irəli sürdüyünüz ahəngyol nəzəriyyəsinin təbiri ilə desəniz ki, filan sosial mühitdə ahənglik dərəcəsi 60 faizdir. Dərhal sual oluna bilər ki, Siz buna nə dərəcədə əmisiniz? İndi diqqət verin, tutaq ki, Siz deyəndə ki, filan sistemdə ahəngxa0 60 faizdir, bunu müəyyən ehtimalla deyirsiniz. Amma hansı ehtimalla? Axı bu ehtimalın qiyməti [0, 1] arasında dəyişir.xa0 Görürsünüzmü,xa0 burada ehtiyac yaranır deyəsiniz ki, filan ehtimalla, 60 faizdir. Yəni, artıq ahəngin dərəcəsindən danışarkən fikrinizi bir yox, iki rəqəmlə ifadə etmək lazım gəlir.xa0
Əvvəllər, istənilən elm sahəsində istər fizika, kimya, humanitar elmlər və s. elmlər sahəsi olsun, informasiyalarxa0 bir ədədlə ifadə olunurdu. Məsələnxa0 1, 3, 8... yaxud ehtimal paylanması şəkilində,xa0 ya ehtimal şəklində, ya interval şəklində və s.xa0 Əslində isə, bir rəqəmlə ifadə edilən zaman dəqiqlik lazımi səviyyədə olmur.xa0 Beləliklə, hər bir informasiyanın yanında onun dürüstlüyünəxa0 əminlik dərəcəsinin göstərilməsinə də ehtiyac var.xa0
Siz həm də riyaziyyatçı kimi bilirsiniz ki, riyaziyyat elminin kökündə çoxluqlar dayanır. Aydındır ki, çoxluqlar dəyişirsə, onun hesabı da dəyişir, onun üzərində əməliyyatlar, təhlillər də dəyişir. Deməli, ədədin yanında dürüstlüyünə əminlik dərəcəsini yazanda artıq çoxluqdaxa0 hər bir obyekt, element barədaki informasiyanıxa0 bir ədədlə yox,xa0 iki ədədlə nəzərə almaq lazımdır. Həm informasiyanın özünün qiyməti, həm də onun dürüstlük dərəcəsi.xa0
Bəs belə ikili göstərilən rəqəmlər üzərində necə işləməli? Bu istiqamətdə düşündüyümüz zaman, təvəzökarıqdan kənar olmasın,xa0 bir ideya yarandı. Bu isə yeni bir nəzəriyyənin formalaşmasına səbəb oldu. Biz, rəhmətlik L. Zadə ilə bu istiqamətdə işlədik. İlyarım əvvəl “Z ədədlər nəzəriyyəsi və tədbiqi” adlı yeni bir kitab yazdıq. İki fəslini o yazdı, üç fəslini mən. Amerikada nəşr olundu. Yəni bu kitab o cür ədədlərin – yanında dürüstlük dərəcələri göstərilən ədədlərin üzərində əməliyyatları necə aparmağa, necə işləməyə həsr olunub.
Amma indi yeni bir istiqamətdəxa0 yeni bir nəzəriyyə üzərində fikirləşirəm. Real həyatda həm ehtimal qeyri-müəyyənliyi var, həm də qeyri-səlislik dərəcəsi. Qeyri-səlislik də nəzərə alındıqda, aydındır ki,xa0 ehtimal haqdakı fikri bir rəqəmlə ifadə etmək olmaz.xa0 Yəni müəyyən intervaldakı, sonsuz sayda ehtimallar barədə danışmaq lazım gəlir. Qeyri-səlisliyin ortaya qoyduğu o ehtimallar üzərində məhdudiyyət də qoymağa ehtiyac yaranır.xa0 Hər hansı bir informasiyanı üç rəqəmlə ifadə etmək zərurəti yaranır.xa0 Deməli, bizim baxdığımız çoxluqda hər bir elementi üçlü olaraq ifadəxa0 etmək lazım gəlir: 1) informasiyanın özünü qiymətləndirən çoxluqlar;xa0 2) onun dürüstlüyün ifadə edən çoxluqlar və bir az əvvəl dediyim 3) ehtimallar çoxluğu.xa0
Çoxluq barədə ənənəvi təsəvvürdə, hər bir element bur rəqəmlə ifadə olunduqda, onun üzərində işləmək asandır və və bu üsullar elmdə çox yayılıb.xa0 Amma çoxluqdakı hər bir obyekt, element 3 çoxluqla ifadə olunduqda onun üzərində işləmək metodlarına hələ elmdə baxılmayıb.xa0xa0
Bu barədə danışdıqda Amerikadakı bəzi dərsliklərdəxa0 olan bir yazını yada salmaq istəyirəm. Orada belə bir fikir var:xa0 verilənlər(məlumatlar) okeanında boğulduq, amma bir damla bilik tapa bilmədik!xa0xa0
- Rafiq müəllim, bu fikri bir az obrazlı olaraq belə ifadə etmək olarmı? Tutaq ki, stolun üstündəxa0 yüzlərlə çiçək kolları var.xa0 Xəstə bir insan o çiçəklərin içində itib batsa belə ona əlac olmur. Amma bu çiçəklərin bir neçəsindən çəkilən cövhər xəstəyə dərhal kömək edə bilər. O verilənləri(məlumatları) çiçək kollarına bənzətsək, biliyi o cövhərə bənzətmək olarmı?xa0 xa0
xa0 xa0 xa0 xa0
- Çəkdiyiniz misal üzərində fikrimi davam etdirmək istəyirəm. Biz hər çiçəyin barəsində, onun kimyəvi tərkibi, başqa xüsusiyyətləri barədə daha ətraflı, dəqiq məlumatlar bilməklə, onların cövhərlərinin kombinasiyaları barədə daha ətraflı məlumatımızxa0 daha çox olduqca, müalicə üçün daha qiymətli cövhər çəkə bilərik.xa0 Baxın, mənim haqqında danışdığım bu “üçlü coxluq”xa0 hər bir obyekt barədə daha ətraflı, daha dəqiq məlumatların toplanmasına kömək edir. Bu isə, məlumatlar çoxluğundan daha qiymətli bilik əldə etməyə kömək edir.
- Rafiq müəllim, Siz bunları danışdıqca mən maraqla sizə qulaq asıram, fikirlərimdə ciddi bir aydınlaşma gedir və eyni zamanda sosiologiya elmi barəsində düşünürəm. Sizin bax elə indicə danışdıqlarınız eyni zamanda sosiologiya elminin inkişafında, daha yüksək səviyyəyə qalxmasında mühüm rol oynaya bilər. Təbii ki, mən bunu yaxından tanış olduğum sosiologiya elmi haqda düşünürəmsə, deməli elmin başqa sahələrin inkişafında daxa0 bu danışdıqlarınızınxa0 böyük köməyi ola bilər. Bu da tam təbiidir. Riyaziyyat elmi inkişaf etdikcə, əhatə dairəsi genişləndikcə bütün başqa elm sahələrinin də inkişafına kömək edir. Qayıdaq sosiologiyaya.
Sosiologiyada birxa0 “etibarlılıq intervalı” anlayışı var. Yəni, alınan hər bir məlumata, hansı intervalda, hansı artıq, əskikliklə etibar etmək olar?xa0
- Siz bunu fəhmlə çox yaxşı tutdunuz. Zadənin belə birxa0 cümləsi var: rusların “doveritelniy interval” dediyi etibarlılıq intervalıxa0 biz baxdığımız əminlik anlayışı deyil.xa0 Əminlik dərəcəsi fərqlixa0 bir şeydir.xa0 “Etibarlılıq intervalı” anlayışı müəyyən statistik paramaetrlərin bəlli bir intervalda qiymətləndirilməsini nəzərdə tutur. Məsələn, etibarlılıq intervalı deyəndə, Siz deyirsiniz ki, etibalılıq intervalını 90, 95, 99 götürsəm onda nəticənin ehtimalı müəyyən fərqlərlə,xa0 harada olacaq. Amma əminlik dərəcəsi deyəndə, düşünülür ki, konkret bir rəqəmə nə dərəcədə əmin olmaq olar.xa0 Ona görə də bunlar fərqli anlayışlardır.
- Əslində sosiologiya elmində Sizin indi üzərində işlədiyiniz araşdırmalara çox böyük ehtiyac vardır. Mən, hər zaman öz tələbələrimə sosiologiya elmi barədə ilkin məlumat verəndə soruşuram: - Sizcə, ən çətin elm sahəsi hansıdır? Böyük əksəriyyət dərhal cavab verir: - fizika! Mən onlara deyirəm:- bir qədər kobud müqayisədə olsa da, belə demək olar: fizika cansız hissəciklər arasındakı qarşılıqlı əlaqələrdəki qanunauyğunluqları axtarır, izah edir. Ondan bir az mürəkkəb biologiya elmidir. Çünki, biologiya elmi canlı hissəciklər arasındakı qarşılıqlı əlaqələrdəki qanunauyğunluqları axtarır, izah edir. Onlardan da daha cətin elm sahəsi sosiologiyadır. Çünki, sosiologiya elmi canlı və şüurlu hissəciklər –insanlar, sosial qruplar arasındakı qarşılıqlı əlaqələrdəki qanunauyğunluqları axtarır.xa0
Bu təxmini deyilənləri nəzərə alaraq deyə bilərik ki, klassik riyaziyyat sosioloji araşdırmalarda lazımi köməkliyi göstərə bilmir. Çünki, bu “canlı və şüurlu hissəciklər” arasındakı qarşılıqlı əlaqələrdən alınan informasiyalar bir ədədlə, intervalla, ehtimalla lazımi səviyyədə ifadə oluna bilmir. Ona görə də, indikixa0 riyaziyyatın tətbiqi ilə aparılan sosioloji təhlillər əsasında alınmış nəticələrə əminliklə etibar etmək mümkün olmur. Əksinə, indiki riyaziyyat, müəyyən hallarda səhv nəticələrin alınmasına rəvac verir. Ona görə Siz danışdıqca, araşdırmalarınızın sosiologiya elmində, eləcə də başqa elm sahələrinin inkişafında necə böyük bir rol oynayacağını düşünəndə Sizinlə bir daha fəxr etdim!
(birinci hissənin sonu)
Əhməd Qəşəmoğlu, sosioloq
































































































