Möhtəşəm ixtira: 
 Artıq sizi aldada bilməyəcəklər

Möhtəşəm ixtira: Artıq sizi aldada bilməyəcəklər

Hazırda oxunan: Möhtəşəm ixtira: Artıq sizi aldada bilməyəcəklər

236967

Britaniya alimləri qidanı həzm edə bilən robot yaradıblar. Bristol Universitetinin mütəxəssisləri qeyri-adi bir mexanizm yaratmağa nail olublar.

Bu robot canlı orqanizmlərlə qidalanır O, suya girən kimi ağzı ilə maye formasında olan, "polimer membran" adlandırılan orqanik materialı tutur və onu "mədə"sinə göndərir. Orada həzm prosesi gedir. Tullantı materiallar robotun arxa hissəsi vasitəsilə xaric olunur.

Hələlik bu maşınlardan su anbarlarının təmizlənməsində istifadə olunacağı güman edilir. Lakin robotun müəllifləri onu daha da inkişaf etdirmək niyyətindədirlər.

Orqanik maddələri ayırd edən robotun təkmilləşmiş variantı orqanik qidalarla sintetik qidaları ayırd edəcək. Bu robotun köməyi ilə istehlakçılar onlara təklif olunan qidaların təbii, yaxud süni olduğunu müəyyənləşdirə biləcəklər. Robotların gələcəkdə, dadı, iyi hiss etmək qabiliyyəti də olacaq. Bristol Universitetinin əməkdaşları yeni robotu süni intellektin inkişafı istiqamətində bir addım hesab edirlər. (publika.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO