İngiltərədə məhkəmə tarixi bir qərara imza ataraq eşitmə itkisi yaşadığı və bu səbəblə də konsert salonunu məhkəməyə verən musiqiçiyə haqq qazandırıb.xa0xa0
Moderator.az xəbər verir ki, 46 yaşlı ifaçı məşq zamanı yüksək səsə məruz qalaraq qulaqlarında problem baş qaldırdğını iddia edib. Bu səbəblə "akustik şok" yaşadığını söyləyərək konsert salonunu ittiham edib.xa0
Musiqiçini iddiasında haqlı hesab edən hakim konsert salonundan 750 min funt-sterlinq təzminat tələb edib. Konsert salonunun rəsmiləri məsuliyyəti rədd etsə də burada fəaliyyət göstərən musiqiçilərin ən azı dörddə birinin eşitmə şikayətləri yaşadığı öyrənilib.
Kamran






























































































