Bir çoxumuz orqanizmimizin bizə izah etməyə çalışdıqlarını anlamırıq. Halbuki kiçik bir işarə, heç fərqində olmadığımız problemlərimizdən xəbər verir.xa0xa0
Hamımız adətən qulaq pambığının köməyi ilə qulağımızın içindəki çirki təmizləməyə çalışırıq. Amma qulaq çirki əslində bakteriyaların və kirin qulaq kanalına girməsini əngəlləmək üçün orqanizm tərəfindən istehsal olunur. Yəni əslində bu yapışqan maddə qulaqların təmiz qalmasını, sağlam və düzgün işləməsini təmin edir.
Moderator.az bildirir ki, qulaqdakı kirin rəngi orqanizmimizdə baş verən bir çox prosesin əlaməti ilə bağlı siqnallar verir.
xa0
1. Sarı, yaş və yapışqan
xa0
Bu böyüklərdə ən çox görünən növdür. Yaş və yapışqan toxuması qulaq kanalının qurumasının və qaşınmasının qarşısını alır.
xa02. Boz
Boz qulaq kiri bir az qeyri-adi görünə bilər, amma qulaq təmizləyicisində görsəniz narahat olmağınıza ehtiyac yoxdur. Bu rəng əsasən qulağın təbii təmizləmə əməliyyatının nəticəsində ortaya çıxır. Əgər kir qurudursa və qulağınız da qaşınırsa, bu ekzema əlaməti ola bilər. Belə bir vəziyyətdə həkimə müraciət etməkdə fayda var.

3.Solğun, sarı
Uşaqlarda ən sıx görülən kir rəngidir. Uşaqların qulağı, böyüklərə nisbətən daha çox qulaq çirki istehsal edir, ancaq, böyüdükcə istehsal tədricən azalır.
xa04. Yapışqan və tünd rəng
Tünd rəngli qulaq çirki bədənin normadan çox tərlədiyini göstərir. Çirkin rəngi nə qədər tünddürsə, çox tərləməyin pis qoxuya yol açma ehtimalı da bir o qədər yüksəkdir.xa0

5. Tünd rəng və sıx
Qorxu və stress orqanizmin daha çox qulaq çirki istehsal etməsinə səbəb ola bilər. Artıq tərləmə də qulaq çirkində artım yaradır, bu da qulaq kanalını bağlayaraq müvəqqəti eşitmə itkisinə yol açır. Əgər qulaq kirinizin tünd rəngli və sıx olduğunu görsəniz, hər hansı bir qulaq problemi yaşamamaq üçün müntəzəm olaraq təmizlədiyinizdən əmin olun.

6. Quru və ağxa0
xa0Bu tamamilə normal və sağlam bir haldır. Bu cür qulaq kiri olan adamların bədəni, daha tünd qulaq çirki olan insanlara görə adətən daha az qoxu verir.
xa07. Qara və ya tünd qəhvəyi
Bu rəng qulaq çirki qorxuducu görünə bilər. Amma narahat olmağınıza ehtiyac yoxdur. Tünd rəng, artıq kir istehsalının bir hissəsi ola bilər. Kirin uzun müddət qulaqda qalmağının əlaməti də ola bilər. Çıxarıldığı zaman oksigenlə qarşılıqlı təsiri artdığı üçün rəngini qaraldır.
xa08. Yaş və axıntılı
Ara ara qulaqdan çirkin çıxması normaldır və təbii təmizlənmə prosesinin bir hissəsidir. Amma çox miqdarda axırsa və irinli ya da qanlıdırsa, qulaq pərdəsinin deşilməsinin əlaməti ola bilər. Belə halda dərhal bir həkimə müraciət etməyiniz lazımdır.
xa09. Qanlı
xa0
Köhnə qulaq çirki də bəzən qurumuş qan kimi görünə bilər, amma əgər qanlı qulaq çirki görsəniz, dərhal tibbi yardım alın. Qulaq pərdəsi deşilə bilər.xa0
xa0Kamran



































































































