İnsanın ölümdən 10 dəqiqə sonrakı “düşüncələri”x9d  hamını təəccübləndirdi- MARAQLI

İnsanın ölümdən 10 dəqiqə sonrakı “düşüncələri”x9d hamını təəccübləndirdi- MARAQLI

Hazırda oxunan: İnsanın ölümdən 10 dəqiqə sonrakı “düşüncələri”x9d hamını təəccübləndirdi- MARAQLI

192508


Kanadada xa0yaşanan sirli hadisə “ölümdən sonrakı həyat necədir, ümumiyyətlə, belə bir həyat varmı?”x9d sualını bir daha gündəmə gətirib.

Dünyanın nüfuzlu nəşrlərindən olan “Daily Mail”x9ddə yazılanlara görə, adı məqsədli şəkildə çəkilməyən bir vətəndaşın ölü elan edilməsindən 10 dəqiqə sonra beynindəki delta dalğalarının fəaliyyəti qeyd edilib. Xatırladaq ki, insan beynində delta dalğaları normal halda fəaliyyət göstərmir. Yalnız insan dərin yuxuya getdikdə bu dalğalar fəaliyyət başlayır və bu zaman beynin yeganə işlək olan funksiyasına çevrilir.

Moderator.az xəbər verir ki, həkimlər bu eksperiment nəticəsində insan öldükdən sonra beyninin daha 10 dəqiqə müddətində yaşadığını üzə çıxarıb. Kanada xəstəxanasında yaşanan hadisə bunu bir daha sübut edib. Belə ki, xəstəxanada ürəyi dayanan və artıq öldüyü elan edilən bir xəstədə beynin fəaliyyəti analiz edilib. Məlum olub ki, ürəyin fəaliyyəti dayansa da, beyin hələ də öz işindədir. Xəstəxananın reanimassiya şöbəsində yaşanan bu hadisəni həkimlər qeyri-adi fakt adlandırıblar. Çünki onların fikrincə, ürəyin dayanmasından sonra insan beyninin 10 dəqiqə ərzində işləməsi çox təəccüblüdür və belə hadisə dünyada bəlkə də ilk dəfə baş verir.xa0

Fakta ölkənin Qərbi Otariya Universitetinin tibb mütəxəssisləri də reaksiya veriblər. Onlar dümyasını dəyişən hər 4 insandan üçündə əvvəlcə beyinin, daha sonra isə ürəyin fəaliyyətinin dayandığını bildiriblər.xa0

Ən maraqlısı budur ki, ölü insanın işlək beyin dalğalarının fəaliyyəti kompüter vasitəsilə qeyd edilib. Yəni, ürəyin və qan dövranının dayanmasına baxmayaraq, işləyən beyinin fəaliyyəti analiz edilib. Alimlər buradan belə bir nəticəyə gəliblər ki, hər bir insanın beyinində delta dalğaları fərqli olur. Demək, bütün insanların ölümdən sonrakı il 10 dəqiqəsi bir-birinə heç bənzəmir.

Hazırladı: Elmin Nuri


xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO