Buz dövrünün necə sona çatdığı ortaya çıxdı

Buz dövrünün necə sona çatdığı ortaya çıxdı

Hazırda oxunan: Buz dövrünün necə sona çatdığı ortaya çıxdı

190756
xa0
Amerika PNAS jurnalında nəşr olunan araşdırma son buzlaq dövrünün təxminən 13 min il bundan əvvəl Antarktida bölgəsində baş verən bir neçə güclü vulkan partlayışı nəticəsində sona çatdığını ortaya çıxarıb.
xa0
Moderator.az xarici mediaya istinadən bildirir ki, məqalədə sözügedən partlayışların regionda buzların əriməsinin ozon təbəqəsinin nazilməsinə və qlobal istiləşmə prosesinin başlamasına yol açdığı qeyd edildi.
xa0
ABŞ-dakı Çöl Tədqiqat İnstitutundan tədqiqatçı Yozef Mcconnell məsələ ilə bağlı aparılan araşdırmaların nəticələrini belə qiymətləndirib: "Apardığımız araşdırmalar Antarktidadakı Takahe vulkanının şiddətli partlayışları nəticəsində çox böyük miqdarda xlor və digər hallogenin atmosferə atılmış olmasının Dünyanın cənub yarımkürəsində meydana gələn ən sürətli iqlim istiləşməsi prosesi və istixana qazlarının atmosferdəki müvazinətinin artmağa başladığı dövrə təsadüf etdiyini göstərir"b.
xa0
Geologiya ekspertlərinə görə, dünya tarixindəki son buzlaq dövrü təxminən 2.6 milyon il bundan əvvəl başlayıb.
xa0
Dünyanın müxtəlif bölgələrində hava vəiyyətləri və buz təbəqəsinin qalınlığının dəyişdiyi bu proses içərisində qlobal isinmə və soyuma dövrlərinin bir-birini təqib etdiyi ifadə edilir.
xa0
Mütəxəssislər ən son qlobal istiləşmə prosesinin təxminən 13 min il əvvəl başlayıb günümüzdə də davam etdiyini bildirir.

Zəhra
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO