"Facebook"da yenilik - "Discord"la eyni xüsusiyyətə malik olacaq

Hazırda oxunan: "Facebook"da yenilik - "Discord"la eyni xüsusiyyətə malik olacaq

186369

"Facebook” yeni funksiyasını elan edib.

Sfera.az xəbər verir ki, Meta "Facebook” qrupları üçün yeni funksiyasını elan edib. Sosial media platformasındakı bu dəyişiklik mesajlaşma platforması "Discord” ilə oxşarlıqları ilə diqqət çəkib.

Belə ki, Meta bir sıra yeni funksiyalar, o cümlədən qruplar üçün yeni yan panel, eləcə də adminlərin söhbət, audio və yayım kanalları yaratmaq qabiliyyətinə imkan yaradan yeni funksiyanı işə salıb. Yan panel istifadəçilərə qrup məzmununa daha çox nəzarət etmək məqsədi daşıyır.

Qeyd edək ki, dəyişikliklər və yeniliklər hazırda sınaq mərhələsindədir, lakin Metanın bu xüsusiyyətləri yaxın aylarda təqdim edəcəyi gözlənilir.

azxeber.com/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO