Əkizlərdən biri 2016-da doğuldu, digəri 2017-də - İNANILMAZ - VİDEO

Əkizlərdən biri 2016-da doğuldu, digəri 2017-də - İNANILMAZ - VİDEO

Hazırda oxunan: Əkizlərdən biri 2016-da doğuldu, digəri 2017-də - İNANILMAZ - VİDEO

163847

Arizonada anadan olan əkiz qardaşlar Everet və Savyer böyüyəndə anadan olmalarının tarixçəsindən danışanarkən hər kəsi təəccübləndirə biləcəklər. Çünki bu qardaşlar əkiz olmalarına baxmayaraq ayrı-ayrı illərdə doğulublar.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Arizonanın xa0Health klinikasında qəribə bir hadisə baş verib. Belə ki, 2016-cı ilin son günü xəstəxanaya gətirilən hamilə ana əkiz oğlanlarından birini 2016-cı, digərini isə 2017-ci ildə dünyaya gətirib. Aralarında cəmi 11 dəqiqə fərqi olan əkiz qardaşların böyük tayı Savyer 23:50 31 dekabr 2016-cı il tarixində, kiçik tayı Everet isə 00:01 01 yanvar 2017-ci ildə anadan olub. Everet həm də Arizonada 2017-ci il tarixində dünyaya gəlmiş ilk uşaqdır.xa0

Əkizlərin atası deyib ki, kiçik oğlan yaman tərs uşaqdır, heç cür 2016-cı ildə doğulmaq istəmirdi.

Фото:


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO