Moderator.az xəbər veir ki, Amerikan Milli Aviasiya və Kosmos Dairəsi NASA-nın Habbl Kosmik teleskopu dünyadan 370 milyon işıq ili uzaqlıqda, işıq yerinə radiasiya yayan "mayzer" xüsusiyyətli nəhəng qalaktika kəşf edib.
xa0xa0
NASA-nın Goddard Kosmik Uçuş Mərkəzindən bildiriblər ki, "mega-meyzer" olaraq təsnifat edilən qalaktikanın planetlər içində bənzər quruluşlara nisbətən 100 milyon qat daha çox radiasiya dalğası yayır. .
xa0
Elm adamları "IRAS 16399-0937" adını verdikləri peykin xa0bir fotoşəkilini yayıblar. Foto teleskopun inkişaf etmiş kamera araşdırma sistemi (ACS) ilə yaxın infraqırmızı kamera və NICMOS avadanlıqları tərəfindən aparılan ayrı-ayrı müşahidələrin birləşdirilməsiylə ərsəyə gətirilib.
xa0
NICMOS-un yüksək həssaslığı ilə əldə edilən görüntü alimlərə qalaktikanın quruluşunu ətraflı araşdırmağa imkanı verib. Qalaktikanın mərkəzində iki ayrı nüvənin olduğu, IRAS 16399N və IRAS 16399S adı verilən iki faktorun qalaktikanın şimalında və cənubunda, bir-birindən 11 min işıq ili uzaqda olduqları qeyd edilib. Lakin iki ayrı amilin eyni kosmik qaz və toz burulğanı içində basdırılmış və birləşmə prosesində olduğu bildirilib.
xa0
Alimlər nüvələrin fərqli xüsusiyyətdə olduğunu vurğulayıb. Qeyd ediblər ki, cənubdakı nüvənin sıx enerjili, fəal bir ulduz əmələ gəlmə zonası var və şimaldakı nüvənin isə az miqdarda ionla yüklü və ya neytral vəziyyətdəki qaz atomlarından ibarət olan aşağı sıxlıqlı enerji sahəsi yaradır. Şimal nüvənin içində ayrıca günəşdən 100 milyon qat böyük bir qara dəlik olduğu da bildirilib.
xa0
Qeyd edək ki, Mega-meyzerler qalaktika içindəki buludlar kimi bəzi faktorların yüksək sıxlıqda enerji təminatı üçün uyğun xəbərdar etmə şərtlərini daşıması nəticəsində yaranır. Bu halda qalaktika nəhəng bir lazer sisteminə çevrilərək ətrafına böyük miqdarda radiasiya yayır.
Zəhra





























































































