“Apple” Türkiyəyə satışlarını bərpa etdi

“Apple” Türkiyəyə satışlarını bərpa etdi

Hazırda oxunan: “Apple” Türkiyəyə satışlarını bərpa etdi

163031
"Apple” şirkəti məhsullarının Türkiyə bazarındakı qiymətini orta hesabla 25 faiz qaldıraraq satışını bərpa edib.

Sfera.az  xəbər verir ki, lirənin kəskin ucuzlaşması üzündən şirkət bu günlərdə ölkədəki rəsmi saytı üzərindən satışlarını dayandırmaq məcburiyyətində qalmışdı. Belə ki, bu həftənin əvvəlində "Apple” məhsulları Türkiyədə ABŞ-dan daha ucuz qiymətə satılırdı.

Xatırladaq ki, Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi ilin əvvəlindən 80 faiz azalıb. Belə ki, yanvar ayında 7,3-dək TL/USD olan məzənnə noyabrın 24-də 13,15 TL/USD-ə çatmışdı, dünən isə 12 TL/USD səviyyəsində sabitləşdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO