Türkiyənin baş nazir Binalı Yıldırım polis məmuru üçün telefonda elçilik edib.xa0
Moderator.az xəbər verir ki, baş nazir xa0Binalı Yıldırım bayram namazını Üsküdar Mərmərə Universiteti İlahiyyat Fakültəsi Məscidində qıldıqdan sonra Şəhid Polis Məmuru Mehmet Şövkət Uzun Üsküdar Çevik Qüvvə Universitet Şəhərciyini ziyarət edib. Çevik qüvvət şöbə idarəsi rəsmiləri tərəfindən qarşılanan Binalı Yıldırım personal yeməkxanasında polislərlə bayramlaşıb, onlarla birlikdə nahar edib.xa0
Baş Nazir Yıldırım bir polis məmurunun xahişi ilə sevdiyi qızın ailəsinə zəng edərək qızın ana və atasının razılığını alıb. xa0Binalı Yıldırım polislərlə söhbət əsnasında gələn il toy edəcəyini öyrəndiyi polisin nişanlısının ailəsinə zəng edib. Baş nazir Yıldırım "Xeyir işlərində tələsmək lazımdır. Bu il olarsa, iştirak edəcəyəm" deyərək toy tarixinin qabağa çəkilməsinə razılıq alıb və toyda iştirak edəcəyinə söz verib.
Bundan sonra baş nazir Yıldırım başqa bir polis məmuru üçün isə elçilik edib. xa0Baş nazir polis məmurunun sevdiyi qızın ailəsinə zəng edib. Əvvəl qızla, sonra da ana və atası ilə telefonda danışıb və qızın elçiliyin edib. xa0Bundan sonra baş nazir polis məmurunun anasına da zəng edib və oğlu üçün elçilik etdiyinin xəbərini verib.xa0
xa0
Zəhra

































































































