2015-ci ildə iki mindən çox yeni bitki növü kəşf edilib. Bununla da Yer üzündə məlum olan bitki növlərinin sayı 400 minə yaxınlaşıb.
Moderator.az xəbər verir ki, elmin bu ana qədər müəyyən etdiyi bitki növlərinin sayı 390 min 900-dən artıq idi.
Londondakı Kral Nəbatat Bağının mütəxəssisləri ilk dəfə olaraq dünyadakı bütün bitki növlərinin statistikasını aparıblar. 2015 ili ərzində 2034 yeni bitki növünün kəşf edildiyi müəyyənləşib. Lakin aparılan araşdırmalar nəticəsində o da məlum olub ki, Yer üzündə beş minə qədər bitki növü məhv edilib.
Elmin Nuri






























































































