Moderator.az saytı Azərbayacan əarzisində möcvud olan və dünyanın əksər ekzotik mənzərələri ilə yarışa girə bilən şəlalələri təqdim edir:
1.Afurca şəlaləsi- Afurca Quba rayonunda kənd adıdır. Buradan keçən Vəlvələçayın üzərindəki şəlalə yerli turistləri özünə cəlb edir. Hündürdən axan şələlənin qış aylarında arabir donmağı da var. Elə bu zaman da Vəlvələçay üzərində gözəl mənzərə yaranır.

2. Təkdam şəlaləsi- Yardımlı rayonun ərazisində yerləşir. Yerli turistlər Yardımlıya gedən zaman mütləq Təkdam şəlaləsinə də baş çəkməlidir. Xalq şairi Mirvari Dilbazini o şəlaləyə həsr etdiyi şeir dillər əzbəridir:
Gələr hərdən qulağıma
Şırıltılı bir su səsi,
Düşər yada Yardımlının
O müğənni şəlaləsi...

3.Katexçay şəlaləsi- Baləkən rayonunun ərazisindədir. Zaqatala Dövlət Qoruğuna aiddir. Dövlət tərəfindən qorunur. Amma Katexçay şəlaləsinə getmək turistlər üçün bir o qədər də asan deyil. Onlar müəyyən qədər məsafə qət etməlidirlər. Bu şəlalə Azərbaycanın ən bolsulu şəlaləsidir.

4.Yeddi gözəl şəlaləsi- Qəbələnin məşhur Vəndam kəndinin ərazisində yerləşir. Onsuz da gözəl təbiətə malik olan Qəbələnin seçilən yerlərindən biri də bu şəlalədir. Vəndam qəsəbəsinə çatdıqdan sonra "Yeddi gözəl" şəlaləsinə dörd kilometr yol getmək lazım gəlir. Bu da onunla əlaqədardır ki, "Yeddi gözəl" şəlaləsi dağın dibində, sıx meşəsi olan dağlıq ərazidə yerləşir. Şəlaləyə baxmağa hər il minlərlə turist gəlir.

5. İlisu şəlaləsi- Qaxın eyni adlı ərazisində yerləşən şəlalə çox hündürdədir. Ora çatmaq üçün ən azı yarım saatlıq yolu piyada qət etmək lazım gəlir. Hündürlüyə qalxmağı bacarmayanlar üçün nəqliyyat vasitələri də həmin ərazidə fəaliyyət göstərir.

Şəlalənin hündürlüyü təxminən 25 metrdir. Şəlaləyə gedən yolda onlarla bulağa rast gəlmək mümkündür. Bu sular qayalıqların arasından keçərək, süzülərək axır. Suyu ilin fəsillərindən asılı olmayaraq soyuq olur.
6.Laza şəlaləsi- Azərbaycan ərazisindəki ən gözəl təbiət mənzərəslərindən biri də Qusardakı Laza şəlaləsidir. Şahdağ dağ massivindəki bu mirvari təəssüf ki, ilin müəyyən vaxtlarında donur. Amma necə olursa olsun Lazanı dünyaya mütləq tanıtmaq lazımdır.

7.Mucuq şəlaləsi- O da Qusarda Laza kəndindən 6 km məsafədə yerləşir. Əsasən il çox hissəsi donmuş halda olur.

Hazırladı: Elmin Nuri






























































































