Beyinə xüsusi geyimli  bilik yükləmək olacaq

Beyinə xüsusi geyimli bilik yükləmək olacaq

Hazırda oxunan: Beyinə xüsusi geyimli bilik yükləmək olacaq

125986
Amerikalı biokimyaçı və neyrobioloqlar tərəfindən yaradılmış qurğu yeni bacarıqlara asan və sürətli şəkildə yiyələnməyə imkan verir. Cihaz çoxlu sayda elektroddan ibarət futuristik şlemi xatırladır və beynin müəyyən sahələrinə zəif elektrik cərəyanının verilməsini mümkün edir.

Doktor Metyu Fillipsin sözlərinə görə, xa0alimlər 6 kommersiya və hərbi pilotun beyninin fəaliyyətini araşdırıb və bu fəaliyyət modelini yeni pilotların beyninə yükləməyə çalışıblar.xa0

Nəticədə gənc pilotlar qrupu yeni bacarıqları daha yaxşı və sürətli mənimsəyiblər.

Moderator.az akademiyanın rəsmi saytına istinadən xəbər verir ki, gələcəkdə "beyin" üçün belə trenajor adiləşə bilər. Bundan başqa, beynin elektrostimulyasiyası bəzi pasiyentlərə insultdan sonra daha tez sağalmağa kömək edə bilər.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO