Müğənni Kərim məhkəməyə verildi – Elçin Əlibəyliyə görə

Müğənni Kərim məhkəməyə verildi – Elçin Əlibəyliyə görə

Hazırda oxunan: Müğənni Kərim məhkəməyə verildi – Elçin Əlibəyliyə görə

95520

"Soy production”ın rəhbəri Oqtay Əliyev müğənni Kərim Abasovu məhkəməyə verib.

Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib. O bildirib ki, aparıcı Elçin Əlibəyliyə qarşı işlətdiyi "erməni” ifadəsinə görə məhkəməyə verilib.

"Bu gün ilk məhkəmə prosesi oldu. Hakim işi icraya almadı və rədd etdi. Qəribəsi bundadır ki, əgər, onlara alman, ingilis və ya "çinqaçunq” desəydim, məni məhkəməyə verəcəkdilər. Mənə kimsə "erməni” desə, vecimə olmaz. Ona görə ki, ermənilərlə heç bir qohumluğum və münasibətim yoxdur. Soğan yeməmişəmsə, içim niyə göynəməlidir ki? Oqtay müəllim, yazdığım SMS-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz. Qardaşınızla aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin”, - deyə Kərim bildirib. (yeni sabah)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO