“Montaj deyildi, aparıcı niyə gülür?” – Turaldan söyüşlü mahnı haqda

“Montaj deyildi, aparıcı niyə gülür?” – Turaldan söyüşlü mahnı haqda

Hazırda oxunan: “Montaj deyildi, aparıcı niyə gülür?” – Turaldan söyüşlü mahnı haqda

79644
Müğənni Rüfət Axundovun "Space” kanalında "Hər səhər” verilişində fonoqramla mahnı oxuyarkən söyüşlər işlətməsi gündəmdən düşmür.

Sfera.az-ın verdiyi məlumata görə, efir zamanı səs rejissorunun mikrofonları söndürməyi unutması nəticəsində Rüfət və əməkdar artist Rəşad İlyasovun aparıcıya dediyi qeyri-etik ifadələr tamaşaçılar tərəfindən açıq-aşkar eşidilib. Daha sonra isə Axundov video açıqlama yayaraq, bunun montaj olduğunu, belə bir hal yaşanmadığını deyib.

Radio aparıcısı Tural Yusifov isə sosial şəbəkədə paylaşım edərək, məsələyə münasibət bildirib:

"Space” TV-nin efirində söyüş olub. Montaj filan deyildi. 10 illik səs təcrübəm montajı orijinaldan ayırmağa imkan verir. MTRŞ işi məhkəməyə göndərib və çox güman ki, cərimə kəsiləcək. 5000 manatdan 8000 manata kimi. Məni isə iki sual maraqlandırır:

1. İki müğənni söyüşlə mahnı oxuyur və aparıcı "hırıldayır”. Aparıcı nəyə gülür? Söyüşə gülən balaca uşaq kimi, niyə dişini ağardır?

2. Biz bu verilişlərə, aparıcılara, müğənnilərə layiq olmaq üçün, hansı günahın sahibi olmuşuq?”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO