"Sağlam ailəmi sənə borcluyam..." - Röya

Hazırda oxunan: "Sağlam ailəmi sənə borcluyam..." - Röya

55907
Əməkdar artist Röya Ayxan "Analar günü" münasibətilə anasını təbrik edib.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə valideynlərinin fotosunu paylaşan Röya yazıb:

"Canım anam, bu gün sənin günündür. Arada yola getməsək də... Bəlkə də qısqanclıqdandır, səni məndən başqa 3 uşağa qısqanıram.  Hər zaman "Qanmadılar, balacadırlar, sən böyüksən, anasan, bacısan" deməyindən... Bəlkə də, arada mən də uşaq olmaq istəyimdən. Amma bu gün möhkəmliyimi, sağlam ailəmi sənə borcluyam, qürur mənbəyim. Səni bir daha təbrik edirəm.

 

Baxmayaraq, ayrı yaşayırsız, dedim, birlikdə olan şəklinizi paylaşım. Biz sizi bir yerdə daha çox sevirik. Bütün anaları təbrik edirəm. İncəsənətdə olan anaları unutmadan, hamını, hər kəsi".

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO