Nura Suri:

Nura Suri: "Dünənki konsertdə niyə mən yox idim?"

Hazırda oxunan: Nura Suri: "Dünənki konsertdə niyə mən yox idim?"

53401
Müğənni Nura Suri dünən prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə keçirilən konsertin təşkilatçılarını tənqid edib.

Sfera.az Axşam.az-dan aldığı məlumata görə, sənətçi bu barədə sosial şəbəkədə yazıb:

"Dünənki konsertdə olan müğənnilərin 90%-i bölgələrdə keçirilən heç bir tədbirdə iştirak etməyiblər. YAP-ın heç bir seçki konsertində olmayıblar.

2008-ci ildə qucağımda ana südü ilə qidalanan körpəmlə, 2013-cü ildə və bu il bütün bölgələrdə keçirilən seçki konsertlərində iştirak etmişəm. YAP-ın üzvüyəm və hər zaman prezidenti dəstəkləyən və xaricdə belə keçirilən bütün dövlət tədbirlərində iştirak edirəm.

14 ildir bu sənətdəyəm. Xalq artistlərinin, əməkdar artistlərin çoxu seçki konsertlərinə getmədi, təmənnasız dövlət tədbirlərinə də getmirlər. Niyə mən yox, heç bir konsertdə iştirak etməyən müğənnilər dünənki konsertdə idi? Dövləti, dövlət başçısını dildə yox, əməldə sevmək və dəstəkləmək lazımdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO