Xoşqədəm Hidayətqızı veriliş apara bilməyəcək

Xoşqədəm Hidayətqızı veriliş apara bilməyəcək

Hazırda oxunan: Xoşqədəm Hidayətqızı veriliş apara bilməyəcək

38719

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızının səsi tutulub.

Teleaparıcının verilişində iştirak edən tamaşaçının Bizimyol.info-ya verdiyi məlumata görə, ötən gün jurnalist "Səni axtarıram” verilişinin sezon finalının çəkilişi zamanı səsi tutulduğu üçün proqramı apara bilməyib. Həkimlər ona belə vəziyyətdə danışmağın yasaq olduğunu bildirsələr də, o, fikirindən dönməyib. Teleaparıcının səsinin eşidilməsi üçün studiya mikrofonlarının səsi tamam verilsə də, bu mümkün olmayıb. Daha sonra səsinin tamam tutulduğunu görən Xoşqədəm Hidayətqızı proqramın aparıcılığını verilişdə iştirak edən Sərxan Kərəmoğluna həvalə edib.

Saytın etibarlı mənbədən aldığı digər məlumata görə, xanım aparıcının səs tellərinə mikrob düşüb, həkimlər belə halın uzun müddət davam etdiyini bildiriblər. Hadisədən dolayı xanım aparıcının hazırda stres keçirdiyi bildirilir.

Məsələ ilə bağlı Xoşqədəm Hidayətqızı ilə əlaqə yaratmaq mümkün olmayıb, verilişin yaradıcı heyəti isə telefonlara cavab verməyib.

 
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO