İntihara cəhd edən məşhur müğənni öldü - FOTO

İntihara cəhd edən məşhur müğənni öldü - FOTO

Hazırda oxunan: İntihara cəhd edən məşhur müğənni öldü - FOTO

223126

Məşhur müğənni Koko Li vəfat edib.

 

Sfera.az bildirir ki, bir müddətdir depressiya ilə mübarizə aparan və ötən gün intihara cəhd etdiyi üçün xəstəxanaya yerləşdirilən ifaçı 48 yaşında dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial mediada məlumat paylaşıblar.

“Koko peşəkar yardım alsa da, depressiya ilə mübarizə aparmaq üçün əlindən gələni etsə də, təəssüf ki, məğlub oldu”, deyə yazıda qeyd olunub.

 

Qeyd edək ki, Honq-Konqda anadan olan musiqiçi 9 yaşında ABŞ-yə köçüb və musiqi karyerasına orada başlayıb. 1998-ci ildə Disney filmi Mulandakı "Reflection" mahnısı ilə tanınan müğənni Oskarda çıxış edən ilk çinli amerikalı kimi tarixə düşüb. Li həm də moda markası “Chanel”in ilk çinli siması idi.

 

Türkan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO