Şakiradan Sevgililər Günü paylaşımı - VİDEO

Şakiradan Sevgililər Günü paylaşımı - VİDEO

Hazırda oxunan: Şakiradan Sevgililər Günü paylaşımı - VİDEO

210113

Şakira TikTok hesabında paylaşdığı Sevgililər Günü videosunda keçmiş "Barselona" ulduzu Gerard Pikeyə söz atıb.
 

Sfera.az bildirir ki, Şakira TikTok-da Sevgililər Günü üçün video yerləşdirib. Videoda Şakira “Kill Bill” mahnısının nəqarətindən istifadə edib. Şakiranın klipində istifadə etdiyi mahnının sözləri belədir:

 

“Eks sevgilimi öldürə bilərdim, bu yaxşı fikir deyil / Sonra onun yeni sevgilisi, axırı necə oldu belə / Keçmişimi öldürə bilərəm, hələ də sevirəm / tək olmaqdansa, həbsxanada olmağı üstün tuturam"

 

Şakira bu sözlərlə açıq-aydın keçmişi Pikeni nəzərdə tutur. "Barselona"nın keçmiş kapitanı isə bu yaxınlarda Klara Çia ilə münasibətini açıqlayıb.


Qeyd edək ki, Şakira Pike ilə ayrıldıqdan sonra buraxdığı mahnıda da keçmişinə istinad edib. Şakiranın mahnısının sözlərində :
 

"Mən sizə güman edilən ehtiyat nüsxəmdə uğurlar arzulayıram / sənə nə baş verdiyini belə bilmirəm / O qədər qəribəsən ki, səni tanıya bilmirəm / 22 illik ikiliyə dəyərəm/ Ferrari-ni Twingo-ya dəyişdin / Rolex-i Casio ilə dəyişdin"
 

Pike isə Şakiraya “Casio-nu ömür boyu istifadə edirsən” sözləri ilə cavab verib. Onun daha sonra Twingo avtomobilinə mindiyi də görüntülənib.

 

Aysel

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO