Müğənni Sevda Yahyayeva şəxsi həyatı ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında ilk dəfə övladı ilə fotosunu paylaşıb.
Sevda həyat yoldaşı həkim Zakir Bayramov və qızı yer alan fotoya “Ayla” qısa şərhini də əlavə edib.
Xatırladaq ki, Ayla ötən ilin dekabrın 19-da dünyaya gəlib.