Kamran Ağabalayev televiziya rəhbərlərinə SƏSLƏNDİ:

Kamran Ağabalayev televiziya rəhbərlərinə SƏSLƏNDİ: "Məcbursunuz valideyninizi söydürməyə?"

Hazırda oxunan: Kamran Ağabalayev televiziya rəhbərlərinə SƏSLƏNDİ: "Məcbursunuz valideyninizi söydürməyə?"

163767
Yerli telekanalları tənqid edənlər sırasına aktyor Kamran Ağabalayev də qoşulub.
 
Sfera.az bildirir ki, aktyor sözünü xüsusilə televiziya rəhbərlərinə ünvanladığını deyib.

"Anladım ki, ağa dedi sür dərəyə, sür dərəyə, yəni icazəsiz addım atmırsınız. Amma ən azından bu çal-çağırı yayımlama! Axı sabah yenə vətən, millət bağıranda sənin bu günkü kimliyini yada salacaqlar. Məcbursan valideynini söydürməyə? Deyəcəksiniz valideynin nə günahı? Bu, genetik deyil? Məncə genetikdir!”, - deyə o əlavə edib.

Qeyd edək ki, bundan qabaq ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev də ötən gün helikopter qəzasında 14 nəfərin şəhid olmasına rəğmən, efirdə çal-çağırlı verilişləri dayandırmayan telekanalları tənqid etmişdi.

Türkan
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO