Çingiz Mustafayev Azərbaycanı tərk etdi

Çingiz Mustafayev Azərbaycanı tərk etdi

Hazırda oxunan: Çingiz Mustafayev Azərbaycanı tərk etdi

141654
Müğənni Çingiz Mustafayev Azərbaycandan köçdüyünü açıqlayıb.

Sfera.az xəbər verir ki, sənətçi bir müddətdir Moskvada yaşayır. Bunun səbəbini Çingiz "Özəl" proqramında açıqlayıb. O bildirib ki, bu addımı atmasına səbəb musiqi janrını dəyişməsi olub:

"İki variant var idi: bir Bali, bir də Moskva. Hər iki yerdə dostlarım var, orada yaşamağa gedirdim. Düşündüm ki, hələ Bali tezdir. Mənim üçün ağır qərar idi. Düzdür, Amerikada, başqa yerdə yaşamışam. Amma ilk dəfə bu cür böyük yüklə gedirdim. 8 baqajım var idi.

Daxilimdə baş verən savaş, məni bu musiqi tərzinə gətirdi. Məni dinləyənlər, dəyər verənlər başa düşməyəcək ki, niyə dəyişdim. İki il əvvəl bu musiqini, onu dinləyənləri başa düşmürdüm. Komersiyadan çox uzaq layihədir. Amma dünyada dinləyiciləri var. İki-üç ay sonra elektron musiqi üzrə səhnəyə çıxacam".

Sevgidən bəhs edən Çingiz "Sevəndə özümü xəstə kimi hiss edirəm. Bu, mənə ya çox düşür, ya da düşmür. Eyforiyadır, reallığı başqa dalğada görürsən. Yaş artdıqca, sevgiyə baxış dəyişir. İndiki cavanlar yazmadın, gec mesaja baxdın, qapını açmadın... Bu, eqodur. Mənim aləmimdə isə bir insan o qədər xoşbəxt olmalıdır ki, sevgin aşıb-daşmalıdır sözlərini söyləyib."
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO