Türkiyəli müğənni Yeliz həmkarı Özcan Dənizlə sevgi yaşadığını deyib.
Sfera.az bildirir ki, bu barədə 64 yaşlı ifaçı aparıcı Armağan Çağlayanın "YouTube” kanalındakı verilişində danışıb. Yeliz hazırda 49 yaşında olan Özcanla eyni evdə 12 gün müddətində qaldığını və ona aşiq olduğunu etiraf edib. O, bunun illər əvvəl baş verdiyini bildirib.
"Özcan o zaman təzə-təzə səhnəyə çıxırdı, indiki kimi rahat deyildi. Sonu olmadığı üçün ayrılmaq məcburiyyətində qaldıq. Həmin zaman başımı atamın dizinə qoyaraq çox əziyyət çəkdiyimi demişdim”, - deyə ifaçı vurğulayıb.
Türkan
Sfera.az