Səmra Azərbaycandan Türkiyəyə KÖÇDÜ: “Özümə aid bir yuvam yoxdu

Səmra Azərbaycandan Türkiyəyə KÖÇDÜ: “Özümə aid bir yuvam yoxdu"- VİDEO

Hazırda oxunan: Səmra Azərbaycandan Türkiyəyə KÖÇDÜ: “Özümə aid bir yuvam yoxdu"- VİDEO

99632

“Hamı elə başa düşür ki, blogerlərin, modellərin, aktrisaların dərdi-səri olmur. Amma İstanbula gəlməyimin səbəbi həyatımda yaşadığım çox böyük travmadır. Dubaya köçmək istəyirdim. Evdəkilər buna etiraz etdilər. Söylədilər ki, sən uşaqsan, ora getsən daha çox problemlə üzləşərsən. Nə isə gəldim İstanbula. Nə qədər problemlərdən qaçırsan qaç, amma ürəyindəkilərdən heç yerə qaça bilmərsən”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Miss Azerbaijan – 2019”un qalibi, model Səmra Hüseynova sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib. 

Model həyatında üzləşdiyi itkilər səbəbi ilə Azərbaycandan Türkiyəyə köçdüyünü bildirib.

“Çox gözəl tanıdığım bir insanı avtoqəzada itirdim. Daha sonra həkim tərəfindən doğru edilməyən müalicə nəticəsində çox sevdiyim pişiyimi itirdim. Üst-üstə oldu bu hadisələr. Dözə bilmədim. Gözümü yumuram, o travmaları görürəm. Qaçmaq istədim, amma bura da gəlmişəm, gözümü yuman kimi yenə də itirdiklərimi görürəm. Başa düşdüm ki, insan özündən heç yerə qaça bilmir. Havanı da dəyişsən də iyini özünlə aparırsan. Amma nə bilim, bəlkə burada olmağım mənə daha yaxşı təsir edər”. 

Bir müddətlik Türkiyəyə köçdüyünü söyləyən Səmra burada böyük şirkətdən iş təklifi aldığını vurğulayıb. 

“İstanbulda çox böyük şirkətlərdən iş təklifləri almışam. İşim alınsa, Türkiyədən keçəcəyəm Avropaya. Köçəri quş kimi oradan-buraya gedirəm. Özümə aid bir yuvam yoxdur”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO