Niyam AĞLADI: “Suraxanıdayam, Rəhimə yaxın, anamdan uzağam” - VİDEO

Niyam AĞLADI: “Suraxanıdayam, Rəhimə yaxın, anamdan uzağam” - VİDEO

Hazırda oxunan: Niyam AĞLADI: “Suraxanıdayam, Rəhimə yaxın, anamdan uzağam” - VİDEO

99626

“Rəhimin qardaşı deyir ki, onun məzarını daha çox tanımadığımız, bilmədiyimiz yaşlı analar ziyarət edir. Anara cavab olaraq söylədim ki, gördün Rəhimin hörmətini. Deyirlər, igid ölər, adı qalar. Bunu atalarımız elə belə söyləməyiblər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu “Özəl” gecə şousunda deyib. 

Müğənni Rəhim Rəhimlinin ölümü ilə barışa bilməyən sənətçi onunla bağlı xatirələrini dilə gətirən zamanı göz yaşına boğulub. 

“Suraxanıdayam deyə Rəhimə bir az yaxın, amma anamdan uzağam (ağlayır). Bir yerdə otura bilmirəm. Görürəm orada tək yatıb. Deyirəm mən də orada yatacağam. Təzə-təzə bunu götürə bilmir insan. Amma sonra anlayırsan ki, səni də basdıracaqlar. Düşünürəm ki, dost kimi ona orada soyuqdur. Boş şeydir. Orada runu bədənindən ayrılıb”. 
Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.

TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bilirilib.   

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO