"Ümumiyyətlə müğənni Rəqsanə İsmayılova ilə heç bir ədavətim yoxdur. Ədavətim onun həyat yoldaşı Fazil Əmiraslanovladır. Fazil sən məni təhqir, təhdid etmisən. Mən isə ot olub yerdən çıxmışam. Siz nə danışırsız. Mən qorxdum. Fazil ay Fazil"
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor və şoumen Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada bildirib.
Sənətçi müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı, iş adamı Fazil Əmiraslanova sərt ismarışlar ünvanlayıb. Sərxan videoaçıqlamada Fazili Moskvaya söhbətə çağırıb.
"Fazil səni Moskvada gözləyirəm. Kişiliyin çatırsa, sənə zəng edəndə mənə cavab ver. "Whatsapp"da söyüb, qulağıma "otboy" vermə. Söyüş söymək acizlik, savadsızlıq, avamlıq və qorxaqlıq əlamətidir".
Qeyd edək ki, S.Kərəmoğlu "MTV maqazin" verilişinə müsahibəsində müğənni Rəqsanə İsmayılovanı yalançı adlandıraraq, onu bir sıra məsələlərdə ittiham edib.
Sərxan Kərəmoğlu məhkəməyə müraciət etdiyi ərizəni də sosial şəbəkə hesabında yayımlayıb.
Rəşad Əliyev, Bizim.Media