Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun toyuna PUL SALMAYIB - VİDEO

Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun toyuna PUL SALMAYIB - VİDEO

Hazırda oxunan: Orxan Lökbatanlı Rəşad Dağlının oğlunun toyuna PUL SALMAYIB - VİDEO

99556

Meyxanaçı Orxan Lökbatanlı bir neçə gün əvvəl həmkarı Rəşad Dağlının oğlu Yusifin kiçik toyunda iştirak etsə də, pul salmadığı üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduği "Həmin Zaur" axşam şousunda deyib.

Verilişin aparıcısı Zaur Kamalın "Rəşad Dağlının oğlunun kiçik toyundan iştirak edib, yeyib-içmisən, amma yadından çıxıb pul salmayıb məclisi tərk etmisən" sözlərinə söz xiridarı gülərək belə cavab verib:

"Rəşadının oğlu Yusifin kiçik toyundan bir əmisi kimi heç bir dəqiqə belə oturmamışam. Yeməyi də ayaq üstə, gəzə-gəzə yemişəm. O ki qaldı, toya pul salmamağıma, 3-dən 5-dən salmışam. İnanmırsansa, zəng vur Rəşadın özündən soruş. Elə şey olar ki, toya gəlim, pul salmayım".
Lakin Z.Kamal O.Lökbatanlının sözlərinə inanmadığı və onun həqiqətən də toya pul salmadığını bildirərək, yalan danışdığını vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO