Cem Adrian konsertinin vaxtını dəyişdi – Təyyarəyə görə - FOTO 

Cem Adrian konsertinin vaxtını dəyişdi – Təyyarəyə görə - FOTO 

Hazırda oxunan: Cem Adrian konsertinin vaxtını dəyişdi – Təyyarəyə görə - FOTO 

99491

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, İstanbul Hava Limanına geri dönüş edən təyyarədə türkiyəli müğənni Cem Adrianın komandası da olub.

Bu səbəblə, müğənninin Bakıda bugünkü konsertinin vaxtı 2 saat sonraya dəyişdirilib. Bunu Cem özünün “İnstagram” hesabında məlumat verib.

Qeyd edək ki, Cem Adrianın konserti bu gün saat 22:00-da olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO