Natavan Həbibi:

Natavan Həbibi: "Dado ilə boşanmağımız baş tutmur" - VİDEO

Hazırda oxunan: Natavan Həbibi: "Dado ilə boşanmağımız baş tutmur" - VİDEO

99377

“Oldu, keçdi. Alınmadı, münasibət bitdi. İndi boşanma prosesi gedir, məhkəməyə də gəlmir. Nə olursa ailə içində olur. Efirdə danışmağının da yeri olmadığını düşünürəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “MTV Magazin” verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, həyat yoldaşı Səid Əliyev (Dado) ilə illərdir boşanma prosesi davam etsə də, tərəflər rəsmi olaraq hələ də boşanmayıblar:

“Boşanmağımız baş tutmur. Biz gah barışırıq, gah sənədlər, gah da ki, özü məhkəməyə gəlmir. Biz dostuq, həm də valideynik. Həmişə belə qalacaq. O, istədiyi vaxt gəlir, uşaqla saatlarla oynayırdı. Lazım olanda qalırdı. Mən də uşağın anasıyam, evdə də hörmət olurdu. Səhəri gün də çıxıb müsahibə verirdi”.

Qeyd edək ki, cütlüyün Zeyd adında bir oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO