“Ramil” ləqəbi ilə Rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Ramil Alimovun Krasnoyarskdakı konsertində faciə yaşanıb.
Bizim.Media “Mash” kanalına istinadən xəbər verir ki, müğənninin pərəstişkarlarından biri konsert zamanı dünyasını dəyişib. 18 yaşlı qızın vəziyyəti qəfildən pisləşib.
Hadisə şahidlərinin sözlərinə görə, DJ-in bir neçə dəfə bunu etməməli olduğunu deməsinə baxmayaraq, o, səhnəyə yaxın dayanıb.
Ehtimallara görə, o, ventilyator tüstünü udub və huşunu itirib. Təcili yardım maşını kluba yaxınlaşsa da, həkimlər qızı xilas edə bilməyiblər.
Konsert zamanı Ramil baş verən faciədən xəbər tutmayıb. Yalnız konsert bitdikdən sonra ifaçı hadisədən xəbərdar olub. Bir müddət sonra o, faciəni “Telegram” kanalında şərh etsə də, tezliklə yazdığını silib.
Rəşad Əliyev, Bizim.Media