Viktoriya boşandığı deyilən əri Devid Bekhemdən DANIŞDI - FOTO 

Viktoriya boşandığı deyilən əri Devid Bekhemdən DANIŞDI - FOTO 

Hazırda oxunan: Viktoriya boşandığı deyilən əri Devid Bekhemdən DANIŞDI - FOTO 

99202

Sentyabrın sonunda Viktoriya ilə Devid Bekhemin münasibətlərində problemlərin olduğu xəbərləri dünya mətbuatının manşetinə düşüb.  

Belə ki, dizaynerin nikahının 10-cu ildönümündə ərinin baş hərflərinin olduğu döyməni sildirməsi cütlüyün aralarında münaqişənin olmasına işarə edib.  

Bizim.Media xəbər verir ki, “The Today Show”da Viktoriya ərinə həsr etdiyi döyməni niyə sildirdiyindən söz açıb.

Ulduz sadəcə döymədən bezdiyini və onu artıq bəyənmədiyini vurğulayıb:

“Həyat yoldaşımın çoxlu gözəl döymələri var, uşaqlarda da var və onlar çox yaxşıdır. Onlar fenomenal rəssamlar tərəfindən yaradılıb, mənimki isə qalın idi, bir az qanlı idi və bədənimdə o qədər də yaxşı görünmürdü. Bu, artıq heç nə demək deyil. Deyəsən, mətbuat ərimi tərk etdiyimi düşünməyə başladı, amma yox. Mən sadəcə döymədən bezmişdim”.
Qeyd edək ki, Viktoriya Bekhem həyat yoldaşı Devid Bekhemlə “Mançester Yunayted”də oynadığı vaxt futbol matçında tanış olublar. Bu yay cütlük evlilik ildönümünü qeyd edib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO