Elza Seyidcahan: “Bəzi aktyorlar tərbiyəmizi pozurlar” - VİDEO

Elza Seyidcahan: “Bəzi aktyorlar tərbiyəmizi pozurlar” - VİDEO

Hazırda oxunan: Elza Seyidcahan: “Bəzi aktyorlar tərbiyəmizi pozurlar” - VİDEO

99196

“İndiki aktyorların bəzilərinə yazığım gəlir. Onlar sənət, tarix və özləri üçün çalışmırlar. Onlar öz səslərinin tembrində danışmırlar. Həyatda bu insanları görəndə deyirsən ki, bu necə gözəl insandır. Amma televiziyada kiminsə obrazına girirlər”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “7 canlı” axşam şousunda deyib.  

Sənətçi aktyorların ekranda ləhçə ilə danışmalarının doğru olmadığını dedi.  

Müğənni həmçinin qeyd edib ki, onlar canlandırdıqları obrazları ilə tamaşaçıların tərbiyəsini pozurlar.  

“Onlar oynadıqları tamaşalarda eyni diksiya ilə danışırlar. Oynadıqları serialların adları dəyişir, amma o aktyor elə eyni obrazda da qalır, dəyişmir. Ləhçəsi belə eynidir.  

Küçə söhbətlərini efirə gətirirlər. O obrazları insanların beyninə yeridirlər. Uşaqlar da onlar kimi danışırlar. İllər əvvəl dahi aktyorlarımız bizi obrazları ilə tərbiyələndirirdilər. Amma indi bəzi aktyorlar tərbiyəmizi pozurlar”.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO