Cavidan Novruzov

Cavidan Novruzov "İtkin gəlin"in məşhur simaları ilə BİR ARADA – VİDEO 

Hazırda oxunan: Cavidan Novruzov "İtkin gəlin"in məşhur simaları ilə BİR ARADA – VİDEO 

99192

Aktyor Cavidan Novruzov 1994-cü ildə çəkilən Azərbaycanın ilk serialı “İtkin gəlin” ilə bağlı paylaşım edib.  

Bizim.Media xəbər verir ki, sənətçi sözügedən serialda “Yusif” və “Elməddin”i canlandıran əməkdar artistlər Kazım Həsənquliyev ilə Elşən Rüstəmovla bir araya gəlib.

Cavidan həmkarlarının çəkildiyi serialdan bir parçanı və indiki görüşlərini montaj edərək bir video şəklində sosial şəbəkə hesabında paylaşıb.  

Novruzov yayımladığı görüntülərə “Görün kimlərlə bir aradayıq, Azərbaycanın ilk serialı olan "İtkin gəlin"in Yusif və Elməddini , xatırladınız? Allah ömür versin hər ikinizə, sizinlə bir səhnəni bölüşmək qürurdur, dəyərli Kazım və Elşən müəllim” –deyə şərh yazıb.  
Qeyd edək ki, C.Novruzov Xalq artisti Ramiz Novruzovun oğludur.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO