Azərbaycanlı müğənni  Türkiyədə döyüldü – FOTO/VİDEO  

Azərbaycanlı müğənni  Türkiyədə döyüldü – FOTO/VİDEO  

Hazırda oxunan: Azərbaycanlı müğənni  Türkiyədə döyüldü – FOTO/VİDEO  

98743

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda taksi sürücüsünün hücumuna məruz qalıb.  

Bizim.Media xəbər verir ki, bu haqda “Demirören Haber Ajansı” (DHA) telekanalının efirində süjet yayımlanıb.  

Hadisə Bəyoğlunda baş verib. Belə ki, taksi sürücüsü yolun sağ tərəfindən ötmə əməliyyatını həyata keçirmək istəyən zaman Nərgizin avtomobilinə çırpılıb. Müğənni taksiyə siqnal verib, onu saxlamağa çalışsa da, işə yaramayıb.

Əksinə sürücü daha da qəzəblənərək Nərgizin üstünə hücum çəkib və onu döyərək, təhqir edib. Sürücü müğənninin başını yolun kənarındakı metal arakəsməyə vurub.  

Nəticədə kəllə-beyin travması alan ifaçının burnu əzilib. Ağır vəziyyətdə olan Bağıyeva hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edib.

“Mənə hücum etdikdən sonra maşına oturub qaçdı. Normal insan bunu etməz. Ya narkotikin, ya da içkinin təsirində olan biri bunu edə bilər. Əlimdən telefonumu alıb qırdı, təhqirlər etdi.

Bütün sümüklərim ağrıyır. Şikayətçiyəm, onun kimi insanların cəzasını vermək lazımdır”, - deyə, Nərgiz bildirib.  

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO