Roza qalmaqal yaşadığı Afətdən DANIŞDI:

Roza qalmaqal yaşadığı Afətdən DANIŞDI: "Anası toyumda mahnı oxuyub" - VİDEO

Hazırda oxunan: Roza qalmaqal yaşadığı Afətdən DANIŞDI: "Anası toyumda mahnı oxuyub" - VİDEO

98570

“Afət Fərmanqızı mən sənətə başlayan illərdən oxumağa başlayıb. Afətin anası 1996-ci ildə toyumda mahnı oxuyub. Zamanında gözəl ifaçı olub. Afətin valideyinləri mənim valideyinlərini yaxşı tanıyır”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.

Sənətçi illər əvvəl Xalq artisti Flora Kərimova ilə Afət Fərmanqızının barışdırmağa cəhd göstərsə də, qarşı tərəf bununla razılaşmayaraq, onunla da davaya çıxdığını bildirib.

“O zaman Flora Kərimova ilə Afət dalaşanda dedim ki, Afət yaxşı qızdır. O, böyük sənətkarın önündə kiçiklik edib susar gedər. Mən də onları barışdıraram. Bu isə mənim ad günüm ərəfəsində olmuşdu. Afət barışığı eşidib, başladı mənimlə dalaşmağa. Ondan sonra biz barışdıq, söhbət bağlandı”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO